Son xəbərlər

 


Son illərə xas tendensiyadır: bəziləri Amerikanın, Avropanın kanalizasiyasında axıtdığı nə qədər iyrənc ənənələr varsa, onu ölkəyə gətirməkdə israr edirlər.

Zatən dəfələrlə şahidi olmuşuq ki, Qərbdən gələn bir çox ənənələr bizim ənənələrin tam ziddidir. Məsələn biz yazın gəlişini, təbiətin oyanmağını, ağacların çiçəklənməsini “Novruz bayramı” adı altında qeyd edirk. Amma Qərb “Hellouin” günü adı altında qışın gəlişini, torpağın “ölməsini”, zülməti tərənnüm edən predmetlərlə qeyd edirlər.

Biz cümə gününü bərəkətli və mübarək sayıb, xüsusi ehtiramla qeyd etdiyimiz halda, Qərb biznes satış kontekstində “qara cümə” günü adı altında təqdimat edir.

 

Sanki toplumda immun sistemi ləğv edilib. Adi vaxtlarda Qurban, Ramazan bayramı ilə bağlı “araşdırmalar” aparıb, əsassız və məntiqsiz əks arqumentlər gətirənlər, bu cür mənəviyyatsızlığa qarşı heç bir araşdırmaya əsas görmür.

Amma bunlar bilmirlər ki, bu dalğa ümumi haldan fərdi hala keçmə tendensiyasına başlayıb. İlk olaraq ümumi cəmiyyətin halına şamil olan əxlaqsızlıq, mənəviyyatsızlıq dalğasını görürdüksə, yavaş-yavaş hər bir fərd ailəsində bunların təsirini görəcək.

 

Televiziya, internet insanın ailəsinin içində belə şoka salacaq nəticələr yaratmağa başlayıb. Oğlunun əxlaqsızlığına “zəmanə uşağıdır”, qızının iffətsizliyinə isə “gözüaçıq qızdır” kimi puç bəhanələrlə haqq qazaındırmağa başlayan cəmiyyət üzvləri, mənəvi kimlikli insana qarşı aqressiv olacaqlar. Çünki, televiziyada təbliğ olunan nümunələr ona bu cür həyat tərzi təqdim edir.

 

“Novıy qod”, “Valentin günü”, “Hellouin”, “Qara cümə”, və bu kimi günləri həzm edə bilən toplum, torpağının itirilməsinə etiraz etmə durumunda olmaz.

 

Nə qədər gec deyil, mənəvi immunitetimizi bərpa etməli, bizi millət edən dəyərləri, tariximizi, dilimizi, dinimizi, mənaviyyatımızı yaşatmağı bacarmalıyıq.

Uca Allah bu işdə millətimizə kömək olsun.

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu