Son xəbərlər

 


El arasında belə bir misal vardır ki, qurunun oduna yaş da yanar. Ancaq İlahi ədalətə görə belə deyildir.

 

 

Heç bir günahsız bəndə başqalarının günahkar olmasına görə nazil olan əzaba düçar olmaz. Lutun yaşadığı şəhərdə cəmi bir ailə mömin idi. Allah əzab nazil etməzdən əvvəl həmin ailəyə nicat verir.

 

Allah Təala buyurur: “Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik”. (“İsra” 15).

 

Bəzən mötəbər olmayan hədislərdə belə xəbərlərə rast gəlirik ki, əzab nazil olan zaman günahkara və günahsıza baxmaz. Guya hamısını məhv edər. Bu cür hədislərə diqqət etmək lazım deyildir. Belə hədislərin birində oxuyuruq  ki, kafirin övladı atası kimi alovda yanacaqdır. Bu əqidə qətiyyən – İslami əqidə deyildir. Çünki heç bir günahsız bəndə Allah tərəfindən cəzalanmaz, baxmayaraq ki, valideynləri kafir olsa belə. (Həvzəh)