Son xəbərlər

 


Gündəlik həyatda müsəlmanlar tərəfindən tez-tez istifadə olunan "inşallah" sözü alman lüğətinə daxil edilib.

 

Teleqraf.com xəbər verir ki, Almaniyanın ən əhəmiyyətli lüğəti sayılan Dudenin internet saytında "inşallah" sözü almanca "inschallah" olaraq qeyd olunub.

Lüğətdə sözün mənası “Allah istəsə” kimi izah edilib. Sözün ərəb mənşəli olduğu və müsəlmanlar arasında çox istifadə edildiyi vurğulanıb.