Son xəbərlər

 


Nə zaman insan qəlbi, əli və dili ilə Allahın yardımı üçün ayağa qalxa və bütün səy və çalışmaları Allah qanunlarını bərpa etmək olarsa, o, Allahın yardım və nicatından faydalanar. Çünki Allah Təala Öz Kitabında buyurmuşdur: “Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd (s)” 7).
 
Bu İlahi vədədə iki həqiqət gizlənmişdir:
 
1. Vədə verən Allahdır və İlahi vədə biz insanların verdiyi vədəyə bənzəməz. Bu, elə bir vədədir ki, həyata keçməsi qətidir.
 
2. Yardım edən Allahdır. Allahın qüdrəti sonsuzdur. Aydındır ki, sonsuz qüdrəti olan Allah məhdud qüdrəti olan insana yardım edərsə, başqa qüdrətlər onun qarşısında dayana bilməz və bir heç olar. (Həvzəh)
 
Allah Təala bizləri Allahın yardımına ünvan qərar versin!