Son xəbərlər

 


İnsanların əksər hissəsi belə düşünür ki, o ölkələr ki, inkişaf etmişdir və daha çox sərvətə malikdirlər – başqa millətlərdən daha xoşbəxt yaşayırlar. Halbuki, əgər bu cəmiyyətlərin daxilinə nəzər salsaq, görərik ki, onlarda yaşayan insanların əksər hissəsi dünyanın ən çarəsiz insanlarıdır.
 
Bu yaxında qəzetlərin birində belə bir xəbər var idi ki, ABŞ şəhərlərindən birində işıqlar sönür və bu zaman insanlar fürsətdən istifadə edib, dükanlara hücum çəkirlər və onları qarət edirlər. Polis təxminən 3 min nəfər qarətçini həbs etmişdir. Əlbəttə, bu rəqəmi azaldıblar, çünki qarətçilərin sayı bu deyilən rəqəmdən daha çox olmuşdur.
Bu hadisə göstərir ki, belə bir böyük ölkə nə qədər aciz və zəif insanlara malikdir. İnsanlar fürsət tapan kimi qarətlə məşğul olmaqdan xəcalət çəkmirlər. Bu xəbər həm də həmin cəmiyyətdə əmin-amanlığın olmamasından da məlumat vermişdir.
 
Ona görə də sərvəti xoşbəxtlik ilə səhv salmaq olmaz. Sərvət xoşbəxt olmaq üçün əsil amil hesab olunmur.
 
Əgər bir ölkədən geridə qalmış bir ölkə kimi bəhs olunursa, həqiqətdə bu, o deməkdir ki, həmin dövlət iman və əqidə cəhətdən geri qalmışdır, nəinki sərvət cəhətdən. Amma çox təəssüf ki, müasir dövrdə əqidə və iman mövzusu – ən az əməl olunan mövzulardan birinə çevrilmişdir. Adətən müsəlman ölkələri imana riayət edən olurlar. Ancaq bəzən görürük ki, müsəlman olmayan ölkələrdə İslam dininə bəzən daha çox əməl olunur, nəinki özünü müsəlman adlandıran ölkələrdə.
 
İslam dini bəşəri xoşbəxt olmaq üçün ədalətə, əmanətə, səy göstərməyə, elm və biliyə, agahlıq və ayıqlığa, ittihad və vahid olmağa və bir çox bu kimi gözəl dəyərlərə dəvət edir.
Bunu da qeyd etmək lazımdır ki, əqidəsiz insanların heç də hamısı zəngin yaşamır, onların böyük əksəriyyəti yoxsul həyat sürür.
Qurani-Kərim zənginlik barəsində nə buyurur?
 
1. Mal-dövlətin zərrəcə əhəmiyyəti yoxdur. “Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr və şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik. Və evləri üçün (gümüş) qapılar və taxtlar (düzəldərdik) ki, onlara söykənsinlər.
Həmçinin (evləri üçün) qızıl zinət və bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir. Və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur”. (“Zuxruf” 33-35).
 
2. İmtahan. “Həqiqətən, mal-dövlətiniz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır”. (“Təğabun” 15).
 
3. İstidrac. Allah bəzən kafirlərə o qədər nemət verir ki, axirətdə Allahdan nəyisə tələb etməyə bəhanələri qalmasın və bu yolla onları istidrac etmiş olur.
 
4. Zülm. Adətən zəngin insanlar əllərində olan sərvəti başqalarının haqqını yeyərək və onlara zülm edərək əldə edərlər. (Həvzəh)
 
Bəli, xoşbəxtlik zəngin olmaqda deyildir. Uca Allah bir cəmiyyətin xoşbəxt olması üçün bəzi meyarlar tanıtmışdır ki, ancaq o dövləti xoşbəxt hesab etmək olar. Bu meyarlara ədalət, əmanətdarlıq, əmin-amanlıq, qanunçuluq, haqları gözləmək və bu kimi dəyərlər daxildir.