Son xəbərlər

 


Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

 

Bu barədə Slovakiya XİN-in rəsmi saytı məlumat yayıb.

Məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr və münaqişənin həlli perspektivləri müzakirə edilib.

"Mən məmnunam ki, Minsk Qrupunun həmsədrləri tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər", - deyə M.Layçak bildirib.(Virtualaz.org)