Son xəbərlər

 


"Azərbaycana KTMT-də yalnız müşahidəçi statusunun verilməsi barədə söhbətlər aparılsa da, Ermənistan Bakının bu təşkilata tam üzvlüyünə mümkün razılığını nəzərə almalıdır".

 

Bunu arminfo-ya açıqlamasında Qarabağdakı işğal bölgəsinin keçmiş “xarici işlər naziri”, fövqəladə və səlahiyyətli səfir Arman Melikyan deyib.

Xatırladaq ki, sentyabrın 12-də Rusiya Baş nazirinin müavini Yuri Borisov Yerevanda Rusiyanın, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusu almasına qarşı olmadığını bildirərək, təşkilatın bütün keçmiş sovet respublikaları ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Y. Borisovdan sonra postsovet ölkələrinin siyasi və hərbi birliyinin Baş katibi əvəzi də Azərbaycanı KTMT-nin müşahidəçisi kimi qəbul etməyə hazır olduğunu təsdiqlədi.

A.Melikyanın fikrincə, KTMT-yə üzvlük Bakıya, quruma üzvü olan ölkələrin və Birliyin diqqətini Qarabağ probleminə cəlb etməyə imkan verəcək: “Bu vəziyyətdə, mümkündür ki, Azərbaycan hakimiyyətinin tələbi ilə Qarabağ tamamilə xüsusi hərbi əməliyyatlar aeralına çevrilsin. Ən azı, Azərbaycan KTMT üzvlüyündən Ermənistana təzyiqləri artırmaq üçün yeni fürsət kimi istifadə edəcək”.

Erməni diplomat əmindir ki, Moskvanın, Bakı ilə mümkün qədər sıx əməkdaşlıq qurmaqda, o cümlədən KTMT çərçivəsində də, məntiqə əsaslanan marağı var.

Bu mənada, onun proqnozlarına görə, müşahidəçi statusu Azərbaycanın yalnız ilk addımı ola bilər, hansı ki, ondan sonra quruma tamhüquqlu üzv olmaq növbəsi gəlir.

Bunları nəzərə alan Melikyan əmindir ki, Azərbaycanın müşahidəçi statusu almasına və ya KTMT-yə üzv olmasına yönəlmiş hər hansı addımın qarşısını almaq baxımından Yerevanın təcili reaksiyasına ehtiyac var. Diplomat onu da xüsusi vurğulayıb ki, bu vəziyyətdə müvafiq təklifi kimin irəli sürməsi heç də vacib deyil.(Virtualaz.org)