Son xəbərlər

 

Azərbaycan əsilli rusiyalı müğənni və biznesmen Emin Ağalarov Rusiyada nəşr olunan, şou-biznes əhlinin fəaliyyətindən yazan “OK!” jurnalını satın salıb.

 

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda jurnalın marketinq direktoru Dmitri Ozman bildirib.

“OK!” jurnalının yeni sahibi biznesmen Emin Ağalarov oldu. Sövdələşmə ötən cümə günü baş tutub və ay ərzində yekunlaşdırılacaq. Populyar rəngli nəşr, habelə eyni adlı sayt “Jara” mediaholdinqinin tərkibinə keçir”,-Ozman açıqlayıb.

 

Jurnalın keçmiş sahibi, biznesmen Maqomed Musayev (“Forbes” jurnalının rus versiyası da ona məxsusdur) hələ 2018-ci ildə sövdələşməni rəsmiləşdirərəkən bildirmişdi ki, “OK!-u satacaq. Onun sözlərinə görə, məqsədi təkcə “Forbes”i almaqdır.

Emin Ağalarov da “OK!” jurnalını alması ilə bağlı açıqlama yayıb. Bildirib ki, b jurnalı güclü mediaaktiv hesab edir, xüsusən də rəqəmsal sferada. “Biz yaxın perspektivdə məhz bu istiqaməti inkişaf etdirmək istəyirik”,-biznesmen bildirib.

RBC məlumat verir ki, “OK!” brendinin sahibi “Reach” mediaqrupudur. Bu şirkət “Mirror” və “Daily Star” tabloidlərini də nəşr edir. Jurnal 2006-cı ildən həftədə bir dəfə nəşr olunur, məşhurların həyatından əhvalatları dərc edir. 2015-ci ildə xarici şirkətlərin Rusiyada şirkətlərində 20 faizdən çox paya sahib olmasını məhdudlaşdıran qanunun qəbulundan sonra “OK!” jurnalının lisenziyasını Aleksandr Fedotov alıb.

2013-cü ildən başlayaraq jurnalın gəlirləri getdikcə azalıb. 2017-ci ildə jurnalın auditoriyasına dair sonuncu məlumat açıqlanmışdı və bildirilirdi ki, həmin vaxt bir nömrənin tirajı 433.2 mindir. Müqayisə üçün qeyd olunur ki, teleaparıcı Andrey Malaxovun “7 gün” telebələdçisinin tirajı 2.6 milyon, “StarHit” jurnalının tirajı 565 mindir. Bu baxımdan Emin Ağalarovun tirajı getdikcə düşən rəngli jurnalı almasının səbəbi məlum deyil.