Son xəbərlər

 

“Biz evlənəndə az qala bütün bəşəriyyət buna qarşı idi, hətta təbiət də etirazını bildirib, dizə qədər qar yağdırmışdı. Düzdür, o vaxt Tanrı bizi ağ gül yağışı ilə təbrik edir demişdim”.

 

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa İlqarə Tostka həyat yoldaşı, Əməkdar artist Ayşad Məmmədov haqda yazıb.

O, zamanında aktyorla evləndiyi üçün xoşbəxt olduğunu dilə gətirib:

“Hər iki tərəf narazı olduğu üçün çox çətinliklərdən keçdik və o zamanadək demək olar ki, heç bir çətinlik görməmiş, gənc qadın, ana üçün bu ağır bir sınaq idi. Kasıb yaşadıq, heç indi də dövlətli deyilik. Övladlarıma o vaxtkı düzgün seçimimlə necə böyük sərvət bəxş etdiyimi həmişə bilmişəm, bu günlərdə isə bir daha dərk etdim. Bizim atamız nadir nüsxədir və əzrayıl gələrsə, düşünmədən önə keçə bilərəm ki, ona dəyməsin”.

Qeyd edək ki, cütlük 26 ildir evlidir. Onların iki qız övladı var.