Son xəbərlər

 


Bu son günlər yuxarı Qarabag məsələsi  beş rayının qaytarılması və ya, söhbət Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun azad edilməsindən gedir.  Bu ərazilər Ermənistan üçün başağrısı yaradan və dünya tərəfindən həyata keçirilməsi tələb olunan prosesdir. Bu gün ermənilərin Yuxarı Qarabağ problemini öz istəklərinə uyğun həll edə bilməsi, dolayı yolla əlli və ya yüz ildən sonra bizim tarixdən silinməyimizdir. İnanmaq olmaz ki, Azərbaycanda özümüzdən olan ən qorxaq və vicdansız adam belə buna biganə yanaşmış olsun. Çünki, Azərbaycan təkcə bu gün yaşayanlar üçün deyil, sabah onun təəssübünü çəkəcək övladlarımız üçün qoruyub saxlamalı, ərazilərimizin bütövlüyünü qan bahasına olsa belə təmin etməliyik.
    Ermənləri müdafiyə edən qüvvələr yəni ermənini əllərində oyuncağa çevirənlər üçün Ermənistan deyə bir dövlət marğında deyillər.    
Zəngin təbii sərvətlər mənbəyi olan Azərbaycanda onların hamısının iqtisadi maraqları, gələcəyə hesablanmış iqtisadi niyyətləri var. Amma onların münaqişəni uzadıb unutqanlıq müstəvisinə çıxarması da mümkün deyil və bu vəziyyət daha bir neçə il davamlı ola bilməz. Onsuzda biz güclü dövlət olaraq, dünyanın aparıcı iqtisadi gücləri sırasına qoşulmağımızı öz millətimizdən-yəni böyük Türk millətindən başqa heç kim istəmir və türklərin birliyini də hələ ki, gözləntilərimizdə yaşatmaqdan savayı heç nəyə nail ola bilməmişik. Türkiyənin daxilində ziddiyyətlərin kəskin xarakter alması, Orta Asiyada birinin yolunu digərinin qəbul etməməsi, Azərbaycanın Şimaldan və Cənubdan əks mövqelərlə əhatə olunması Böyük Türk Birliyinə əngəllər yaratmaqda davam edir.
         Müharibə sözdə gurultulu və ağrılı səsləndiyi qədər də faciəli, qanlı-qadalı hadisədir. Türklər bütün tarixlər boyu müharibələrdə olmuş, dünyanın şərəf salnaməsini yazan millətlər sırasında öndə yer almışlar. Amma getdikləri yerdə nə qədər ilahi və bəşəri düşüncələri yaysalar da, türklərin ən böyük qəbahəti ondadır ki, Doğudan Batıya uzanan sonsuz məkanda əbədi möhkəmlənmək imkanını itirmiş, nəticədə həmin məkanda ona düşmən kəsilən dövlətlər yaranıb möhkəmlənməsinə imkan vermişlər. Bəlkə də bu səhvlər olmasaydı başımızın üstündə qara kölgə kimi məskunlaşmış Rusiya Azərbaycan torpaqlarını-əzəli və əbədi türk torpaqlarını bölüşdürüb İrana, Ermənistana, Gürcüstana verməz, əyilməzlik qalamız Dərbəndi işğal eləməzdi. Sonradan-1828-ci ildən üzü bəri riyakar erməniləri Yuxarı Qarabağa köçürüb, üstündən 170 il keçəndən sonra bu nankorları it kimi qısqırdıb üstümüzə salmazdı. Onuda qeyd etməliyəm ki, rusiya siyasətçiləri daxil olmaqla  filosof Aleksandr Dugin keçirilən kitab təqdimatında səsləndirib ki, azərbaycanlılar rusca səlis, ləhcəsiz və təmiz danışırlar: “Heç rusların özləri bu cür danışa bilmirlər. rusiyalı deputat, Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev bildirir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.
Cənubi Qafqazda mövqelərini itirmiş Şimal dövləti Ermənistanı Türkiyə üzərindən Qərbə buraxmaqla təkcə Cənubi Qafqazı deyil, həm də Şimali Qafqazı itirmək təhlükəsi ilə üzləşirdi. Onsuzda Qafqazın azadlığı gec və ya tez baş verəcəkdir və Rusiya Qafqaz xalqlarını daha uzun müddət öz koloniyasında saxlamaq iqtidarında deyil. Çünki, postsovet məkanında keçmişin nostalgiyalı hissləri ilə yaşayanların, Rusiyanı Sovet hökuməti kimi təsəvvür edənlərin sayı gündən-günə azalmaqda, insanlar real həqiqəti dərk etməkdədirlər. Kiçik istisnalar nəzərə alınmazsa (hərçənd ki, bizdə də belə düşünənlər var) bu məsələlərdə xeyli fərqli görünən Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdən başqa yolu qalmır ki, hadisələrin son axarı da bunun yalnız hərbi yolla mümkünlüyünü diktə edir.
 
P.S. Azərbaycan tərəfinin ərazilərimizin bütövlüyündən yana hər hansı varianta getməyəcəyi bəllidir. Buna heç kəs şəkk etməməlidir. Üzünüzü haqqa tutun və özünüzü savaşa hazırlayın. Millət və dövlət naminə savaşınız mübarək olsun!
 NAZİM CƏMİLOĞLU

Sozazadligi.org