Son xəbərlər

 

Azərbaycanda siyasi qarşıdurmanın daha bir mərhələsi bax beləcə rüsvayçı, düşüncəsizcəsinə və miskin şəkildə başa çatdı.

Özünü Azərbaycan müxalifətinin lideri adlandıran, bu yaxınlarda azadlıq uğrunda yeni xalq mübarizəsinin başlandığını elan edən  Əli Kərimli biabırçı şəkildə noyabrın 2-nə təyin edilmiş sanksiyalaşdırılmamış mitinqin təxirə salındığını elan etdi.

Bərbəzəkli ifadələrlə, lovğa, yayındırıcı frazalarla və həyasızcasına cəbhəçilərin lideri özünün siyasi qabiliyyətsizliyini əsaslandırmağa çalışdı. Azərbaycan neobolşevizminin oktyabr taktikası tamamilə iflasa uğradı.

 


Sifətində qorxu, bərk sıxılmış yumruğu, isterik qışqırtısı...Və bütün bunlar müxalifətin lideri Kərimlidir

Hansı körtəbii xalq hərəkatından söhbət gedə bilərdi ki, əgər Azərbaycanın tutqun Cəbhəsinin etiraz aksiyası  ötən əsrin amorf etirazlarının ancaq bir yığın, cəmi yüzlərlə hay-küyçüsünün diqqətini cəlb edə bildi?! Əli Kərimli bilirmi ki, xalq hərəkatı nədir?! Xalq hərəkatı özündə kortəbii kütləvilik, instinktiv olaraq vahid və canlı orqanizmdə cuğlaşan  milyonların özünü heç nəyə baxmadan fəda etməsidir.  Əli Kərimlinin taleyinin acı ironiyasına bax ki, cəbhəçilərin lideri sosial şəbəkələrdə Azərbaycanda yeni xalq hərəkatının başlandığını  və inqilabərəfəsi situasiyanın yarandığını elan etdiyi bu günlərdə planetin müxtəlif hissələrində-Livanda, Çilidə, Boliviyada bir-birinin ardınca xalq müqaviməti ocaqları alovlandı. Milyonlarla insan bir cərgədə düzlüb müqavimət barrikadalarına doğru getdi, xoşlamadıqları hakimiyyətə öz iradələri ilə qalib gəldi.

Və Kərimli özünün ayağı patavalı tərəfdaşları qarşısında Azərbaycanda yeni xalq hərəkatının başlandığını elan edəndə necə də iyrənc görünürdü. Tarix hər şeyi xatırlayır, lakin tarix heç də hər şeyi silib atmır. Axı Bakıda öz formasına görə unikal olan xalq hərəkatı bizim gözlərimizin önündə doğulub. Hakimiyyətin Qarabağa dair siyasətindən hiddətlənən on minlərlə adam şəhərin müxtəlif istiqamətlərindən mərkəzi meydana doğru axın edirdi ki, dünyanın ən qüdrətli ordusunun tankları qarşısında zəncir kimi dayanıb sinə gərsin. Xalq hərəkatı bax belə yaranır, hansı ki, qorxudan əsən Əli Kərimli hər gün onun barəsində müzakirə aparmaqdadır.

Və Kərimli bu mənzərəni alovlu xalq hərəkəti adlandırmağa cürət edir?! 19 oktyabr etiraz aksiyası...

Son hadisələr bir növ hakimiyyət üçün də sınaq oldu. Axı barəsində prezidentin özünün də cəsarətlə və açıq şəkildə danışdığı bir çox sosial problemlərin fonunda müxalifətin ilk baxışdan hipotetik də olsa status-kvonu dəyişmək, siyasi situasiyanı laxlatmaq üçün şansı yarana bilər. Lakin Azərbaycan cəmiyyətinin mütləq hissəsi biabırçılıqlarla bürünmüş Elçibəy epoxasından qalma  müxalifətçi-retroqradların çağırışlarına laqeyd qaldı. Xalq barrikadalara çıxmadı. Yeri gəlmişkən heç Kərimli özü də bu müqavimət barrikadalarını qura bilmədi.

Məğlubiyyətçiliyi əvvəlcədən qaçılmaz olaraq müəyyən edilmiş hansısa tale. Hansısa fatal məğlubiyyətlər seriyası. Müxalifət liderin mübarizədəki tarixi və fəlsəfi rolunun dominatlığını dərk etməlidir. Əli Kərimli protest lideri obrazına yaramır. Bu alçaq ruhlu və əclaf adam o qədər oyun oynayıb ki, axırda öz özü ilə də oynayır. Diqqət yetirin, milli özünüdərkə baxmayaraq,-axı Kərimli Çexiyada və ya Hollandiyada formalaşmayıb, Saatlının patriarxal kəndçi ailəsində böyüyüb, -bu siyasətçi hələ də Azərbaycan milli xarakterinin spesifikasını öyrənə bilməyib. Liderliyə iddia edən siyasətçi nəinki öz tərəfdarlarının, eləcə də xalqın qarşısına döyülmüş, yazıq, atılmış, alçaldılmış və təhqir olunmuş formada çıxdı.

Kərimli Şərq siyasətçisinə yaraşmayan bir etirafla xalqın qarşısına çıxdı: "Məni təhqir etdilər!"

İstənilən digər qərbi-avropa və xristian ölkəsində ola bilsin Kərimli bu cür əzabkeş qismində bir saatın ərzində ümumxalq sevgisi qazana bilərdi. Lakin Şərqdə heç vaxt döyülmüş və parçalanmış siyasətçini lider kimi qəbul etmirlər. Burada zəifləri sevmirlər və hörmət etmirlər. Burada qorxaq və zəif, parlaq xarizmaya, dayanlıqlı xarakterə və dəmir iradəyə malik olmayanları qəbul eləmirlər. Osmanlı sülaləsinin tarixini xatırlayırsınızmı? Sultan Əhmədin üçüncü oğlu Murad ölkəni qan gölündə boğmağa məcbur oldu ki, taxtdan biabırçı şəkildə uzaqlaşdırılan qardaşı Osmandan sonra osmanlıların sülaləyə ümumxalq sevgisini geri qaytara bilsin. Axı döyülmüş sultanı eşşəyə mindirib bütün İstanbulu gəzdirmişdilər...

Bəs Əli Kərimli nə edir?! Şərq ölkəsində ümumxalq lideri statusuna iddia edən kişi xeylağı studiyada qadının-Sevinc Osmanqızının iştirakı ilə, sifətində əzab ifadəsi, ağlamsınaraq deyir: “Mənə zor tətbiq olunub!” Bu rüsvayçı etiraf sözlərinin mənası şərq ölkəsində siyasətçi üçün faciəvidir: Onlar məni təhqir ediblər, alçaldıblar! Hətta alçaldıblarsa belə Kərimli kişi iradəsi ilə, qürurla və döyüşçü ləyaqəti ilə taleyin yeni sınağını qəbul etməyə borclu idi, xalqın qarşısına çıxaraq polis məhkəməsinin çirkli həyətindəki zorakı səhnələrə qayıtmalı deyildi, sakitcə, göz yaşları tökmədən və inildəmədən inqilab nəzəriyyəsi barədə söhbətini davam etdirməli idi...

gücsüz və hakimiyyətini itirmiş sabiq prezidentin kölgəsində Kərimli mütləq hakimiyyətini hiss etdi

Hərçənd biz nə haqda danışırıq?! Döyüşçü şərəfi və Kərimli familiyası-antitezdir, bir araya sığışmayan anlayışdır. Kərimlinin çılpaq psixoloji portereti onun satqınçı mahiyyətinin, sonsuz mənəvi çöküşünün və əxlaqi çürüməsinin tam əksidir. Onun hakimiyyətə ilk baxışdan izahedilməz qatı nifrəti sözün hərfi mənasında  qeyri-insani hakimiyyət hərisliyinə və Əliyevlərin siyasi sülaləsi ilə barışmaz ideoloji qarşıdurmaya hopub.

Təəsüflər olsun, Kərimli yaddaşsızlığa vərdiş etmiş P nəslinə və Cəbhənin qasırğalı hakimiyyət ayları barədə təsəvvürləri olmayan yeni postmodernist, bəzək-düzəkli nəslin nihilizminə ümid bəsləyir. Amma əlyazmalar yanmır axı! Kərimli 90-cı illərin ortalarının və 2000-ci illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətinin ən sözəbaxan, kompromisli xidmətçisi idi. Başqa nə deyəsən ki, Kərimlinin bütün müavinləri və ən yaxın tərəfdaşları istisnasız olaraq hazırda İlham Əliyevin ardıcıl tərəfdarlarıdır. Bir Kərimlinin partiyasının hakimiyyətlə  əməkdaşlıq formatı barədə dəfələrlə yazmışıq. Kərimlinin hakimiyyətə işləməsinin mühüm, ola bilsin üzdə görünməyən, amma incə ştrixi budur-o, oynamırdı, məhz hakimiyyətin əlində oyuncaq idi. Hərdən alçaqcasına, hərdən iyrənc formada və cəmiyyətdə qəbul olunmuş bütün əxlaq, tərbiyə normalarına zidd olaraq. Əlbətdə, hakimiyyət və onun gizli polisi Kərimlinin və onun iyrənc, satqın böyür-başının xidmətlərindən istifadə edirdi. Onlar hər şeyi satırdılar-xalqı, ölkəni, bir-birini, öz liderlərini, hər gün hakimiyyətlə müqəddəs mübarizə barədə aldatdıqları mübarizə yoldaşlarını-sıravi cəhəçiləri. Hərçənd axşamlar xəlvəti görüş mənzillərində təlimat və pul alırdılar ki, səhər tezdən yenə hamıya yalan danışsınlar-ölkəyə, bir-birlərinə, öz liderlərinə...

Kərimlinin hündür kabinetlər barədə korlanmış gənclik xəyalları komsomolla birlikdə dəfn olundu. Hərçənd o, şişkin karyerist, gedən qatarın artıq alov içində olan sonuncu vaqonuna tullanıb minməyə imkan tapmışdı. Sonra özünü realizə etmək üçün yeni meydan açıldı-Meydan. Və o, bizim tariximizin tragikomik personajı olan , saqqallı və qaş-qabaqlı Zevs tərəfindən siyasət Olimpinə yüksəldilmiş Elçibəy ləqəblinin yanında oldu. Tarixin spiralı Kərimliyə kömək etdi ki, adi komsomolçu üçün əlçatmaz olan hakimiyyət kabinetlərinə qalxa bilsin.

Kərimlidən hakimiyyətin, hakimiyyətdən Fərhad Əliyevin, Fərhad Əliyevdən yenə Əli Kərimlinin yanına getdi ... Cəmil Həsənli

Lakin ya yakobinşinanın, ya maxovnişinanın,-tarix hələ bu çirkli avqiyev tövləsinə öz qiymətini verməyin, hakimiyyətinin ömrünün çox qısa sürməsi Kərimlinin daha bir arzusunu gözündə qoydu. O, yeni və inqilabçı yoldaşlarının dəyərlərinə ziddi olan hakimiyyətlə qalıb işləməkdən şad olardı. Və əlbətdə ki, yeni hakimiyyət onu qəbul etdi. Amma muzdlu agent qismində. Təxribatçı-Azef kimi. Və Kərimli bu missiyanı ləyaqətlə icra elədi, onun gizli mason lojası “Yurd” AXC-də hakimiyyəti ələ aldı, qaşqabaqlı və saqqalı Zevsi Xaqani, 33-ün küncündə qoydu. Kərimli öz liderinə və eks-prezidentə heç abırlı iş kabineti də ayırmadı. AXCP-nin pis qoxulu ofisində, haradasa küncdə Azərbaycanın ikinci prezidenti üçün nəmli otaq ayırdılar. Publik şəkildə alçaltmaq üçün. Xəstə, heydən düşmüş, həyatını uduzmuş adamdan öz üstünlüyünü nümayiş etdirmək üçün.

Həmin dövrdə Kərimlinin bütün fikri-zikri Azərbaycan siyasətinin yeni ulduzu, gələcək prezident İlham Əliyevlə idi. Onun ştatlı köşə yazarları-Qənimət Zahid, İbrahim Məmmədli, Gündüz Tahirli və Yeni Azərbaycan Partiyasından islahatçılarla ittifaqın digər ideya ilhamvericiləri həmin vaxt Amerika səfiri Eskuderonun təklif etdiyi modeli-İlham Əliyevlə Əli Kərimlinin gələcək koalision hökumətini hər cür təbliğ edirdilər. Kərimlinin köşə yazarları hər gün AXCP-nin mühafizəkar fraksiyasını publik şəkildə aşağılayırdı, Elçibəyi vulqar və tərbiyəsiz ifadələrlə yad edirdi. Lakin bununla yanaşı İlham Əliyevi və hakim partiyanın islahatçılarını göylərə qaldırırdı. Kərimlinin indiki inqilabçı “Azadlıq” qəzetinin “podşivkası” tarixin ən yaxşı şahididir. Tarix isə qisas alır, özü də necə qisas alır!

Yeri gəlmişkən deyək ki, Vaşinqton da hökumət koalisiyasının gələcək modelinə böyük hörmətlə yanaşırdı: “İ.Əliyev prezident, Ə.Kərimli parlamentin spikeri”. Ə.Kərimlinin bütün dairəsi, iki müavin - Asim Mollazadə və Qulamhüseyn Əlibəyli də daxil olmaqla, gələcək prezident İ.Əliyevi Avropa Şurasında müşayiət edərək bir kölgə kimi izlədilər. Digər bir millət vəkili-Qüdrət Həsənquliyev Prezident Administrasiyasının İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyevin kabinetini bəyənib seçirdi. Digər bir deputat-Fazil Mustafa uzun müddət Ramiz Mehdiyevin fəlsəfəsi haqda düşünürdü. Kərimli tərəfindən aldanmış Mirmahmud Fəttayev, Elçibəyin cəhənnəmindən sonra Allahşükür Paşazadənin şəxsi otağında dinclik tapırdı ... Vallah, partiya deyil, bir növ nərdivanla endirilmiş insanların doğma səhnəsidir.

müxalifət bundan sonra necə yaşasın?

Eybəcər, yalnız İlham Əliyevə əl uzatmaq arzusunda olan Kərimlinin başçılığı ilə murdar insanlar yığınının iyrənc, ürəkbulandıran hekayəsi. Ancaq İ.Əliyev Kərimlini əlini rədd etdi. "Mən liderinə xəyanət edən bir insana güvənə bilmərəm"-siyasi varis İ.Əliyev Xalq Cəbhəsi Partiyası ilə təklif olunan Amerika koalisiya planına cavab olaraq deyəcəkdi. Və indi biz Kərimlinin eybəcər psixoloji portretinin mənşəyinə qayıdırıq. Freyd üzrə axtarın! Görün, onun hakimiyyətə və şəxsən Prezident İ.Əliyevə qarşı, demək olar ki, qadın düşmənçiliyi harada gizlənib. Kərimli rədd edilmiş təklif, Azefin itirilmiş hörmətli, bahalı statusu – gizli polis itləri üçün qisas alır. Hakimiyyət bütün tərəfdarlarını qəbul etdi, bağışladı və xidmətə götürdü. Kərimlinin özündən başqa. İstifadə etdilər və atdılar...

Bir vaxtlar Cəmil Həsənlidən də, hansı ki, bu gün Əli Kərimli özünün "ağsaqqalı" hesab edir (Qafqazda ən möhtərəm və hörmətli insanları, kimin ki, sözü qanundan da üstün sayılır, belə adlandırırlar), elə istifadə etmişdilər. Həsənli və Kərimli azsaylı izləyicilərinə istehza edərək onları məsxərəyə qoydular. Guya ağsaqqal Cəmil Həsənlinin müraciətindən sonra Kərimlinin qətiyyətli son aksiya keçirməkdən imtina etmək üçün taleyüklü qərar verməkdən başqa yolu qalmadı. Uydurmadır! Yalandır! Saxtakarlıqdır! Kərimli üçün Həsənli nə ağsaqqaldır? Bəyəm lideri 2003-cü ildə parlament divarları arasında sərt və kobud şəkildə aşağılanaraq Milli Məclisi tərk etmək məcburiyyətində qalanda onun çağırışına cavab verməyən AXCP sədrinin müavini statusunda olan həmin Həsənli deyildi? Məgər rəhbərinin şərəf və ləyaqətini qorumaq əvəzinə deputat mandatını qorumaq üçün AXCP-dən istefa verib hökumətlə işbirliyinə başlayan Həsənli deyildi? Bəyəm Misir Mərdanovun qarşısında yaltaqlıq edən və hökumətin illik hesabatını alqışlarla qarşılayan Həsənli deyildi? Məgər Ramiz Mehdiyevin iş otağında göz yaşı töküb, Administrasiya rəhbərindən 2010-cu il parlament seçkilərində keçmiş müsavatçı və inadkar Rasim Musabəyova yox, ona dəstək verilməsi üçün yalvaran Həsənli deyildi? Bəyəm Həsənli ondan sonra sabiq iqtisadiyyat naziri Fərhad Əliyevlə gizli sövdələşməyə gedərək hakimiyyətin özünə də xəyanət etmədi?

Barmaqlarında vulqar döymələr olan əxlaqsız qoca şarlatanı lideri Kərimlini vaxtilə müdafiə etməyə nə mane oldu və korrupsioner bir nazirin müdafiəsinə qalxmaqğa nə vadar etdi ?! Həqiqətənmi yüksək dəyərlər, dostluq və sədaqətin müqəddəsliyi?! Doğrudanmı şərəf kodeksi, bəlkə alçaqlıq kredosu?!

Və siyasi mənbəyi irinli olan bu zat şəxsi konyuktura mübarizəsini ümumxalq hərəkatı kimi qələmə verərək yeni tarixi proses üçün məsuliyyəti öz üzərinə götürməyə hazırlaşırdı? Ancaq taleyüklü seçki ili ərəfəsində son məşqi uduzan nəzəriyyəçilər və müxalifət fəalları öz böyük uğursuzluqlarının mənbələri barədə fikirləşməlidirlər. Mənəvi və siyasi dirçəlişin yolu özünü mənəvi təmizmədən keçir - katarsis. Tarixi irsi nəzərdən keçirmədən, müxalifət nəslini bərpa etmədən, mübarizənin yeni forma və metodologiyalarını, Azərbaycan cəmiyyətinin hazırkı vəziyyətini və yeni beynəlxalq çağırışları və reallıqları bilmədən, yeni post-liberal dünya nizamının proqnozlaşdırılan əlaqəli siyasi sistem yaratmaq ehtiyacı ilə əlaqəsini tapmadan ənənəvi müxalifətin Müasir Azərbaycanın siyasi həyatında sosial baxımdan rolunu və yerini tapmaq çətin olacaq. Müxalif düşüncəlli insanlar Kərimli və Həsənli kimi siyasətçilərlə Azərbaycan cəmiyyətindəki rollarında dəyişiklik edə bilməyəcəklər.

Son əlamətdar hadisələr Əli Kərimlinin dövrünün sonunu simvollaşdırır. Saralmış Cəbhə – şərəfsiz tarixin saralmış, vərəqlənmiş səhifəsidir. Yeni bir dövr gəldi. Yeni bir müxalifət haqqında düşünməyin vaxtı gəldi...