Son xəbərlər

 


Eynulla Fətullayev

Azərbaycanda yeni xalq hərəkatının doğulduğunu elan edən milli demokratların oktyabr strategiyasının sarsıdıcı məğlubiyyətə düçar olması liberal düşərgənin nümayəndələrinin, ilk növbədə realçıların lideri  İlqar Məmmədovun kəskin tənqidlərinə səbəb oldu.

Protest elektroratının ağlını fəth etmək uğrunda mübarizədə Əli Kərimlinin rəqibi olan Məmmədov partiya fəallarının adi etirazlarını xalq hərəkatı, hətta inqilabi hərəkat elan edən milli demokratların liderini haqlı tənqidə məruz qoydu. Liberalların başlıca tezisi cəmiyyətdəki nisbi sosial narazılığın ölkədə böyük siyasi etirazlara çevrilməsinə dair mülahizələrin absurduluğu barədə idi. Liberalların bu yaxınlarda cəmiyyətdə xüsusi zəminə söykənməyən çaxnaşma cəhdlərinə dair qavramları milli demokratların hadisəsiz siyasi yaşam uğrunda mübarizəyə dair son səyləri barədə hakimiyyətin də siyasi dünyagörüşündə formalaşmış mövqeyə yaxındır.

Milli demokratlar və liberallar siyasi yaşam fəlsəfəsinə görə dartışırlar

Milli demokratlar ölkədə siyasi çevriliş əbədi sindromu ilə müftəxorluq etməkdə davam edirlər. Və bu dəfə də Əli Kərimli ciddi siyasi texnoloji səhvlərə yol verib, liberallar da buna işarə edir. Cəmiyyətdə siyasi narazılıq əhval-ruhiyyəsini süni və məqsədyönlü  şəkildə şişirtməyə yönəlmiş cəhdlər hakim elitada  radikal kadr dəyişiklikləri və yerdəyişmələrlə bir vaxta təsadüf etdi.

Hakimiyyətdə siyasi elitaların vəd olunmuş dəyişikliyi baş verir və cəmiyyət hakim elitadakı regenerasiyanı, prezidentin komandasında çoxdan gözlənilən dəyişiklikləri və 2018-ci il prezident seçkilərindən dərhal sonra vəd edilən  sürətli islahatlar, yeniləmələr proqramının həyata keçirilməsini böyük ümidlərlə, gözləntilərlə müşahidə edir. Bundan əlavə, tənqidi əhval ruhiyyənin avanqardında elə prezident özüdür. Son günlər İlham Əliyev dövlət, cəmiyyət və prezident qarşısında öz öhdəliklərini yerinə yetirməyən əvvəlki hökumət üzvlərinin başlıca tənqidçisi qismində çıxış edir. Prezident məmur sinfini mənəvi ostrakizmə məruz qoyur, hakimiyyətə çağırılmış gənc qvardiyaçılara cəmiyyətə, seçicilərə qüsursuz, dürüst xidmət ideyasını təlqin edir.

Ölkədəki ən kəskin sosial-siyasi problemləri kəskin və aktual şəkildə qabardan prezidentin reytinqi və populyarlığı sürətlə artır. Prezident cəmiyyətin həyatında və iqtisadiyyatında köklü dəyişikliklərin mənbəyi kimi qəbul olunur.

 Avanqardda prezident özüdür

Həqiqət anı olaraq bifurkasiya nöqtəsi gəlib çatıb. Açıq etiraf edirik-antihökumət xalq hərəkatı ideyasını populyarlaşdırmağın heç yeri, zamanı deyil, üstəlik köhnəlmiş metodlarla.

Ancaq Kərimli sağlam məntiqə və siyasi proqnozlaşdırmanın, planlaşdırmanın  əsaslarına ziddi olaraq milli demokrat müxalifətin mitinq taktikasını təkmilləşdirməyə çağırır. Müxalfətin digər qismi-müsavatçı-mərkəzçilər, sağ liberallar və hətta şəbəkə qeyri-formalları mitinq taktikasının reanimasiyası ehtimalına olduqca skeptik yanaşırlar.

Kərimli isə hələ də inandırmağa çalışır ki, məhz mitinq dalğası qarşıduran düşərgələr arasında narrativ düşmənçilik yarada, cəmiyyətdəki siyasi konfrontasiyanı zəruri radikallaşma həddinə gətirib çıxara, habelə onların şişirtdiyi kəskin sosial mübarizəni yeni siniflərin və təbəqələrin mübarizəsinə çevirə bilər. Bu da onun fikrincə, imkan verəcək ki, dar siyasi mübarizə cəmiyyətin hakimiyyətlə qlobal sistem qarşıdurmasına çevrilsin.

Milli demokratların inqilab nəzəriyyəsi və dövlət barədə (leninsayağı desək) diletant təsəvvürləri onlara imkan vermir ki, aydın həqiqəti –inqilabın ancaq istehsal qüvvələri ilə istehsal münasibətləri arasında uyğunluq qanunun pozulması halında mümkün ola biləcəyini dərk etsinlər. Böyük hesabla, milli demokratların proqramında iqtisadi bazisin kritik və dərindən təhlili, yenidən formalaşması nəzəriyyəsi mövcud deyil. İnqilabi çevrlişin yanlış interpretasiyası ortadadır. Söhbət cəmiyyətdə istehsal münasibətlərinin kökündən sınmasından getmir, axı Kərimli narazı elektrorata onsuz da yeni heç nə təqdim eləmir, ancaq populist antioliqarx və antikapitalist, anarxist şüarları tirajlamaqla kifayətlənir.

Bu yaxınlarda Kərimli hətta narazı qüvvələrə yeni sərsəm müraciətlə çıxış etdi. “İnqilabi hərəkatın” lideri səmimi etiraf edir ki, illüziyaçı inqilabın labirintlərində azıb və narazı sinfin hakimiyyətlə mübarizəyə səfərbər edilməsinin yeni metodologiyasını işləyib hazırlaya bilmir. Kərimli məsuliyyəti siyasi təşkilatdan lümpenləşmiş və deklassə edilmiş, bir sözlə, aqibəti əvvəlcədən məlum olan təbəqələrin çiyninə yükləyir.

Milli demokratların lideri xalqdan sonrakı aksiyaların təşkili üçün yeni reseptlər xahiş edir. Yəni marksizm təliminə tamamilə zidd olaraq Kərimli hesab edir ki, inqilabi siyasi təşkilatlar deyil, cəmiyyət yaradır. Kərimli ancaq qəfildən alovlanan etiraza başçılıq etməyi hesablayır, yəni təsadüfə, ayrı-ayrı qrupların və ya ən yaxşı halda fortunaların xaotik etirazlarına ümid edir. Bu zaman ümumxalq inqilabında başlıca rola iddia edən lider inqilabın nüvəsini təşkil edəcək sosial siniflərin təşkilatlanması ilə məhz siyasi partiyanın məşğul olmalı olduğu haqda tarixi həqiqətin fərqinə varmır!

Kərimli inqilab labirintində azıb

Kərimlinin təsəvvüründə inqilab ancaq siyasi və sosial ziddiyətlər fonunda meydana çıxan, çaxnaşmalar mərhələsinə keçən kortəbii-təbii prosesdir. Və ancaq bu kortəbii prosesin meydana çıxmasından sonra inqilab, prosesin özündən uzaq düşmüş siyasi təşkilatı ona başçılıq etməyə çağırmalıdır. Hansı ki, məhz həmin siyasi təşkilat inqilaba əvvəlcədən başçılıq etməyə borcludur! Beləliklə, Kərimlinin məntiqinə əsasən inqilab işinin təşkili on illərlə, hətta yüzillərlə də vaxt apara bilər, yəni həmin kortəbii fırtınanın yaranmasına qədər gözləmək lazımdır! Elmə, məntiqə və tarixə zidd yanaşma! Siz indi anlayırsınızmı, nəyə görə 1993-cü ildən bəri  milli demokratlar hakimiyyətdə olan Əliyevlərə qarşı bir dəfə də olsun real problem yarada bilməyiblər?!

Daha sonrası, milli demokratlar hakimiyyətə ikinci təzyiq metodu haqda düşünürlər. Və bu metod onların düşüncəsində daha çox hiperbolizə edilib, Azərbaycanda siyasi və iqtisadi sistemi içəridən dağıtmaq, zəiflətmək üçün daha təsirlidir. Milli demokratlar Azərbaycana qarşı sanksiya tədbirləri görməyə çağırırlar.


sanksiyaların əyri güzgüsü

Sual olunur-Azərbaycan hakimiyyəti insanlığa qarşı hansı cinayətləri edib ki, ona qarşı beynəlxalq birliyin xüsusi cəza tədbirləri tətbiq olunsun?  Məsələn, bizim dünyada sanksiyalar İrana və Rusiyaya qarşı təzyiq siyasətidir. İcazə verin, amma bizim cənub qonşumuz eyni planetar siyasi sistemdə öz nüvə silahını işləyib hazırlamaqla ədalətli və bərabərhüquqlu şəkildə mövcudluğunu saxlamağa çalışırsa, Rusiya Avropa Şurasına üzv ölkələrin ərazisinin ilhaq edilməsi ittihamları ilə qarşılaşıb. Doğrudanmı Azərbaycan uranı zənginləşdirmək istiqamətində işləyir? Yox! Bəlkə rəsmi Bakı qonşularına qarşı ərazi iddiaları ilə çıxış edir? Yenə yox! O zaman nə edib?!

Milli demokratlar Azərbaycana qarşı universal azadlıqların və siyasi hüquqların sistemi şəkildə pozulmasına görə sanksiya tətbiq etməyə çağırır. Əgər bu kriteriyalardan çıxış etsək o zaman qərb dünyası hələ onilliklər əvvəl sivil dünyanın yarısına qarşı sanksiyalar tətbiq etməli idi...

Hətta liberal ideyaların təntənəsi dövründə Qərb ancaq insanları ağlama divarına yapışdıran ölkələri cəzalandırırdı. Məsələn, Kambocanı, Myanmanı, Sudanı...

Doğrudanmı Kərimli və onun tərəfdaşları, hansı ki, onlara sərbəst toplaşmaq üçün bir çox stadionları və arenaları veriblər, Azərbaycanla Myanma arasında paralellər aparmaq cəsarətini üzərinə götürür?? Bəlkə Eritreya ilə?!

Öz ölkəsinə qarşı sanksiyalara çağırmaq acizlikdir, qorxaqlıq və satqınlıqdır, əldəqayırma deyil, əsl xalq hərəkatı yolunda aradan qaldırmaq üçün aydın və konkret baxışların olmamasıdır.

2020-ci il parlament seçkilərinə qədərki sayılı aylar qaldığı bir vaxtda milli demokratlar və liberallar hələ də yayğın inqilab nəzəriyyəsi ətrafında yorucu və məzmunsuz diskussiyalarla məşğuldur. Tarixi qisasın-siyasi çevrilişin uzaqda olmadığı barədə qısır düşüncələrə dalıblar. Və monitorlar arxasındanbütün bu müzakirələr hakimiyyətin başlıca mənbəyindən-Azərbaycan xalqından uzaqda gedir. İnsanlar yenidən teleyeşiyə tərəf gediblər. Hakimiyyətdə nəsillərin epoxial dəyişikliyi və tarixi transformasiyalar baş verir. Yuxarıdan başladılan inqilab xalq kütlələrini özünə cəlb edib. Cəmiyyət bu həqiqəti dərk edir-hakimiyyətdə beyinlərdə inqilab baş verir. Müxalifətin ağlında isə hələ də dağıntı, xaosdur...