Son xəbərlər

 


Hazırda tükdilli dövlətlər arasında olan siyasi, itisadi və sosial əlaqələri necə qiymətləndirmək olar?...

Politoloq: “Türk Dövlətlərinin bir - birlərinə münasibətləri yüksək səviyyədə olmalıdır”.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətlərinin Əməkdaşlıq Şurası olmalıdır. Çünki Ərəb Liqası var, Ərəbdilli Dövlətlərin Liqası yoxdur”.

Bu sözləri politoloq Əhəd Məmmədli hazırda tükdilli dövlətlər arasında mövcud olan siyasi əlaqələri PİA.az-a şərh edərkən qeyd edib.

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan xarici işlər nazirləri, Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini iştirak edib.

Nazirlər Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi,­ təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri, Ermənistan-Azərbayca­n Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Xarici işlər nazirləri üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya müzakirə edilib.

Bəs hazırda tükdilli dövlətlər arasında olan siyasi, itisadi və sosial əlaqələr barədə nə demək mümkündür və bu əlaqələri necə qiymətləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Azərbaycanla Türkiyənin münasibətiləri hansı səviyyədədirsə, bütün türkdilli dövlətlərin münasibətiləri də bu səviyyədə olmalıdır”.

Xəzər məsələsinə görə Türkmənistanla münasibətilərimizin üst səviyyədə olmasının arzuolunan olduğunu qeyd edən politoloq PiA.az-a açıqlqmasında bildirib ki, həmçinin Qırğızıstanla münasibətilərimiz də ürəkaçan vəziyyətdə deyil:

“Əvvəla onu qeyd edim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətlərinin Əməkdaşlıq Şurası olmalıdır. Çünki Ərəb Liqası var, Ərəbdilli Dövlətlərin Liqası yoxdur. Bu məsələlərdə biz biraz geridə qalmışıq. Bu yaxınlarda Nazarbayev də bildirib ki , bu şuranın adı dəyişdirilərək Türk Dövlətlərinin Əməkdaşlıq Şurası olmalıdır. Bu da düzgün təklifdir.

Türkdilli dövlətlərin siyası əlaqələrinə gəlincə isə deyə bilərəm ki, Azərbaycanla Türkiyə münasibətləri yüksək səviyyədədir. Amma istərdik ki, bu münasibətlər daha yüksək səviyyədə olsun. Azərbaycan Qazaxıstan münasibətləri də yaxşıdır. İstərdik ki, Azərbaycanın Özbəkistanla münasibətləri yüksək səviyyədə olsun. Həmçinin məlumdur ki, Türkiyənin də Özbəkistanla münasibətləri düzəlir .Bu da müsbət haldır.

Əhəd Məmmədli: “FETO məsələsinə görə Türkiyənin Qırğızıstanla münasibətləri yaxşı deyil”.

Xəzər bölüşdürülməsi məsələsinə görə isə Türkmənistanla münasibətilərimizin üst səviyyədə olmasını istərdik. Onu da qeyd edim ki, Qırğızıstanla münasibətilərimiz ürəkaçan vəziyyətdə deyil. Hətta FETO məsələsinə görə Türkiyənin Qırğızıstanla münasibətləri yaxşı deyil.

Ümumilikdə isə Türk Dövlətlərinin bir-birlərinə münasibətləri yüksək səviyyədə olmalıdır. Yəni Azərbaycanla Türkiyənin münasibətiləri hansı səviyyədədirsə, bütün türkdilli dövlətlərin münasibətiləri də bu səviyyədə olmalıdır”.

Nərminə UMUDLU