Son xəbərlər

 


İdlib qarşıdurmasının Suriya münaqişəsinə hansı təsirləri ola bilər?...

 

Politoloq: “Türkiyə-Rusiya strateji əməkdaşlığı İdlibdə çətin sınaq qarşısındadır”.

“Qərb baş verən prosesləri diqqətlə izləyir və Rusiya ilə Türkiyə arasında bağların qopmasını gözləyir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İdlibdə baş verən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən İdlibdə Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi və dəstəkçilərinin hücumuna məruz qalan Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub, 5-i yaralanıb.

Milli Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamaya görə, İdlibdə insidentlərin qarşısını almaq, sərhəd təhlükəsizliyini təmin etmək, miqrasiya və insanlıq dramının səviyyəsini minimuma endirmək üçün bölgəyə göndərilən ordu rejim tərəfindən top atəşinə məruz qalıb. Hücumlara türk ordusu tərəfindən lazımi qaydada cavab verilib.

Qeyd edək ki, bənzər hadisə 3 fevralda da yaşanmış, 8 türk əsgəri həlak olmuş, 13-ü yaralanmışdı.

Göründüyü kimi Türkiyə İdlibdə Suriya ilə demək olar ki, müharibə edir. Rusiya və İran isə Türkiyənin İdlibdən çəkilməsini istəməkdədir. İdlib qarşıdurmasının Suriya münaqişəsinə təsirləri ilə bağlı nə demək olar və bu qarşıdurma böyüyərsə, Türkiyənin Rusiyaya arxa çevirib ənənvi Qərb cəbhəsinə keçməsi mümkündürmü?

 Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Əgər Rusiya Türkiyənin maraqlarını heçə sayarsa, Ankara ABŞ-la birgə hərəkət edə bilər”.

Rusiya nümayəndə heyətinin danışıqlar üçün Ankarada olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında bildiirb ki, bu danışıqlardan müsbət irəlləyiş gözlənilmir. Çünki, İdlib məsələsində Türkiyə geri çəkilərsə, bu onun təhlükəsizliyi üçün problemə yol aça bilər:

“Türkiyə-Rusiya strateji əməkdaşlığı İdlibdə çətin sınaq qarşısındadır. İlk növbədə Soçi anlaşması Rusiya tərəfindən pozulub və Ankaranın təhlükəsizliyini təhdid edəcək bir mərhələyə imza atdı. Əsəd ordusuna dəstək verərək, Türkiyənin nəzarətində olan İdlibə hərbi müdaxilə edilməsi, türk əsgərlərinin vurulması iki ölkə arasında artıq savaş deməkdir. Bu mqharibəni Rusiya Əsədin əli ilə aparıri.

Təbii ki, Ankara Moskva ilə bu qədər yaxınlaşmamalı idi. Putin Ankaranın burada maraqlarını tanımamaqda maraqlı görünür. Göründüyü kimi Əsəd qüvvələrinə Türkiyə böyük zərbələr endirir. Rusiyadan nümayəndə heyəti danışıqlar üçün Ankaradadırı. Amma bu danışıqlardan müsbət irəlləyiş gözlənilmir. Çünki, İdlib məsələsində Türkiyə geri çəkilərsə, bu onun təhlükəsizliyi üçün problemə yol aça bilər.

İranda Türkiyəyə qarşıdır. Əgər Rusiya Türkiyənin maraqlarını heçə sayarsa, Ankara ABŞ-la birgə hərəkət edə bilər.

Qərb baş verən prosesləri diqqətlə izləyir və Rusiya ilə Türkiyə arasında bağların qopmasını gözləyir. Amma, Rusiya fürsəti əldən verməyəcək. Çalışacaq ki, Ankara ilə əlaqələrə zərbə vurmasın. Çox çətin vəziyyət yaşanır və Türkiyənin qərarlığı Rusiyanın geri çəkilməsi ilə nəticələnə bilər”.