Son xəbərlər

 


Misirdə sentyabrın 27-də prezident Abdel Fəttah əs-Sisiyə qarşı etirazların ikinci dalğası başlayıb.

Virtualaz.org “Əl-Cəzirə” telekanalının yaydığı məlumatlara istinadən xəbər verir ki, ötən cümə günü sentyabrın 27-də Qahirədə, İsgəndəriyyədə və digər şəhərlərdə cümə namazından sonra on minlərlə insan küçələrə çıxaraq prezidentin istefasını tələb ediblər. Nümayişlər ertəsi gün, sentyabrın 28-də davam edib.

Şahidlərin bildirdiyinə görə, hakimiyyət ölkənin iri şəhərlərinə əlavə ordu qüvvələri və polis göndərib. Qahirədə polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. İsgəndəriyyədə isə eyni vaxtda prezident tərəfdarlarının mitinqi keçirilib, insanları Qahirədən və digər şəhərlərdən mitinqə aparıblar. Onlar əllərində Misir bayraqlarını və əs-Sisinin portretlərini tutublar.

Xatırladaq ki, Misirdə etirazların birinci dalğası sentyabrın 21-də gecə başlayıb. Etiraz dalğasını başladan isə İspaniyada mühacirətdə olan tikinti podratçısı Muhammed Əlidir. O, əs-Sisinin və hökumətinin, o cümlədən hərbçilərin korrupsiya əməllərinə dair videoçıxışlar yayır. Həmin videoçıxılar internetdə böyük populyarlıq qazanır.

Al Jazeera News
 
@AJENews
 

BREAKING: Protesters take to the streets in Egypt, calling for President Abdel Fattah el-Sisi to step down.

Counter demonstrations are also expected on Friday. https://twitter.com/i/broadcasts/1djGXRmQXlExZ 

BREAKING: Egypt protests under way

Al Jazeera News @AJENews

 
258 человек(а) говорят об этом
 
 

Belə etirazlar indiki Misir üçün nadir hadisədir, ona görə ki, 2013-cü ildə hakimiyyəti ələ alan və islamçıları devirən hərbçilər ölkədə etiraz aksiyalarının keçirilməsinə qanunla faktiki qadağa qoyublar.

“Associated Press” bildirir ki, hakimiyyət etirazların ikinci dalğasını çox keçmədən yatırıb və aksiya iştirakçılarını kütləvi şəkildə saxlayıb. Son məlumata görə saxlanılanların sayı 2 mindən yuxarıdır. Təşkilatçılar isə buna baxmayaraq əs-Sisiyə qarşı yeni mitinqlərə çağırırlar.

Ölkənin iri provayderləri isə Facebook-a və populyar messencerlərə, habelə müstəqil xəbər saytlarına girişi bloklayıblar. Polis iri şəhərlərdə insanların küçələrdə dayanmasına və qruplar halında cəmləşməsinə mane olur.

Al Jazeera English
 
@AJEnglish

Protests have spread to various cities in Egypt, calling for President Abdel Fattah el-Sisi to resign. https://twitter.com/AJENews/status/1177568970989285377 

Al Jazeera News
 
@AJENews
 

BREAKING: Protesters take to the streets in Egypt, calling for President Abdel Fattah el-Sisi to step down.

Counter demonstrations are also expected on Friday. https://twitter.com/i/broadcasts/1djGXRmQXlExZ 

Al Jazeera English
 
@AJEnglish
 

Thousands of protesters have flooded the streets of Egypt to demand President el-Sisi's resignation as discontent grows.

Read more here: https://aje.io/u8xuq 

 
Встроенное видео
 
139 человек(а) говорят об этом
 
 

Avropada oturub Misiri silkələyən biznesmen Muhammed Əli isə ifşa videolarını davam etdirir. O, sentyabrın əvvəllərindən öz bloqunda Misir hakim elitasının həyata keçirdiyi irimiqyaslı oğurluqlara dair faktları açıqlayır. İspaniyaya qaçmazdan əvvəl 15 il Müdafiə Nazirliyinin podratçısı olan Muhammed Əli bildirir ki, iri müqavilələri rüşvətin köməyi ilə necə əldə edirdi. Habelə o əs-Sisinin və ətrafının büdcə pulları hesabına özlərinə saraylar, villalar tikdirdiyini nəql edir

Populist ritorikanın və insayder informasiyasının qarışığı sayəsində Muhammed Əlinin videoları internetdə sürətlə həm islamçılar, həm demokratlar arasında populyarlaşır. Hakim elitanın dəbdəbəli həyat tərzinə dair faktların açıqlanması əhalisinin 30 faizdən çoxu kasıblıq həddində yaşayan və Beynəlxalq Valyuta Fondunun ayırdığı 12 milyard dollar kreditin şərtlərinə görə sərt qənaət rejiminə əməl etməli olan ölkədə hiddətə səbəb olur.

Virtualaz.org

UN Human Rights
 
@UNHumanRights
 

: UN Human Rights Chief expresses serious concerns about reports of lack of due process following wide-spread arrests linked to the protests. @mbachelet urges the authorities to respect the rights to freedom of expression & peaceful assembly. </div>				<div class=