Son xəbərlər


Çinin Hubey əyalətində koronavirusun yeni növündən ölənlərin sayı artır. “Qafqazinfo”nun “Washington Post”a istinadən məlumatına görə, virus artıq 41 nəfərin həyatına son qoyub.

Ölənlərin hamısı Hubey əyalətinin Uxan şəhər sakinləridir. Ümumilikdə koronavirusa 900-ə yaxın insan yoluxub.

 

Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə də yayılmaqda davam edir. Artıq ABŞRusiyaSinqapur, Vyetnam, Səudiyyə Ərəbistanıİtaliyada və Fransada virusa yoluxma halı qeydə alınıb.

Sozazadligi.org


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 24-də baş vermiş zəlzələ ilə bağlı fikirlərini bölüşüb.

Virtualaz.org CNN Türk-ə istinadən bildirir ki, Ərdoğan Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanlarının səfərbər edildiyini deyib.

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini bildirib: “Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

Xatırladaq ki, 6,8 bal gücündə yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Zəlzələnin ocağı Yerin 6.75 kilometr dərinliyində olub. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində 14 nəfər ölüb, 200-dən çox yaralı var.

Sozazadligi.org


Yaponiyanın "Mitsubishi Electric" şirkətindən texnoloji məlumatlar oğurlayan iki çinli haker dəstəsi ifşa olunub.

Trend-in məlumatına görə, "Tick" və "Black Tech" adlanan təşkilatlar avvəllər də Yaponiya və Tayvan şirkətlərini yeni texnoloji informasiyalar əldə etmək üçün hədəf seçiblər.

Bildirilir ki, eyni təşkilatlar 2017-ci ildə "Mitsubishi Electric"in serverlərinə daxil olmaq istəyiblər, lakin bu cəhdlərin qarşısı alınıb.

"Mitsubishi Electric" hesab edir ki, hakerlər müdafiə sifarişlərinə, elektrifikasiyaya və dəmir yol sahəsinə aid məlumatları əldə etməyə çalışıblar.

Sozazadligi.org