Son xəbərlər

 

“Avtomobil yolu bağlamaq üçün yox, istifadə etmək üçündür”...

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran PrezidentHəsən Ruhani deyib.

“Xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir. Xalqın haqqı olan etirazından sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Məhkəmə baş verənləri qanun çərçivəsində araşdırmalıdır”, - deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, hökumət ölkədə sabitliyin pozulmasına imkan verməyəcək.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.