Son xəbərlər

 


Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 24 faizdən az deyil, ifrat yoxsulluq göstəricisi isə 1,5 faiz təşkil edir.

 

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib.

O bildirib ki, Nikol Paşinyan iqtisadi sahədə pis siyasət həyata keçirir:

 

“Hökumətin yanlış siyasəti nəticəsində ölkədən kapital axını baş verir, çünki regionda bizim yaxınlığımızda daha ucuz ölkələr var. Mən hökumətə müraciət edirəm: niyə siz dollar qiymətlərini artırırsınız, dram qiymətlərini isə sabitləşdirirsiniz? Biz qlobal faciə ilə üz-üzəyik”.