Son xəbərlər

 


Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula gedib.

 

Virtualaz.org türk mətbuatına istinadən xəbər verir ki, Merkelin təyyarəsi Atatürk Hava Limanına enib.

Merkel və nümayəndə heyəti yüksək təhlükəsizlik şəraitində hava limanından ayrılıb.

Almaniyanın kansleri Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələləri müzakirə olunacaq. Görüş zamanı Liviya və Suriya məsələlərinə də toxunulacaq.

Sozazadligi.org