Son xəbərlər

 


Rusiya kəşfiyyatı İrlandiyada fəaliyyətini aktivləşdirib.
 
Axar.az xəbər verir ki, bu məlumatı “Sandey Tayms” yayıb. Məlumata görə, Moskva İrlandiyanı ABŞ-la potensial konflikt halında kəşfiyyat fəaliyyəti üçün baza kimi istifadə etməyi nəzərdən keçirir.
 
Rusiya xüsusi xidmət orqanlarının, özəlliklə, ABŞ-la Avropa arasındakı sualtı kabelləri nəzərdən keçirdiyi vurğulanıb. Belə ki, məhz İrlandiyadan Transatlantik rəqəmsal magistralın sualtı hissəsinin start götürdüyü qeyd edilib:
 
“Rusiyanın sualtı və hərbi gəmiləri bu infrastrukturu Atlantik okeanında artıq tədqiq ediblər. İranlandiya Rusiya Baş Kəşfiyyat İdarəsi casuslarının kabelin keçdiyi zəif yerləri müəyyən edib konflikt halında onları kəsə biləcəyindən narahatdır”.