Son xəbərlər

 


İdlibdə dərhal atəşkəs elan edilməlidir.

 

Virtualaz.org xarici KİV-lərə istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilir.

Quterreş İdlibdə türk əsgərlərinin itkisindən dərin narahatlığını ifadə edərək, dərhal atəşkəs elan etməyə çağırıb. O bildirib ki, bölgədə gərginlik mülki şəxslər üçün riski artırır, bu da xüsusi narahatlıq doğurur.

Baş katib, həmçinin vurğulayıb ki, təcili tədbirlər görülməsə, gərginliyin hər saatda artma riski var: “Suriyadakı böhranın hərbi həlli yoxdur. Problem BMT-nin nəzarəti altında siyasi yolla həll olunmalıdır”.