Son xəbərlər

 


İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib.

 

Bu barədə RİA Novosti-nin hazırladığı statistik xülasədə qeyd olunub.

Bazar günü ( 8 mart – red.) İtaliyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb - 366 nəfər (yoluxmuş 7 300 nəfərdən 4.96%-i).

Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.

Koronavirusdan ən aşağı ölüm nisbəti Cənubi Koreyadadır. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.

"Report" xatırladır ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.