Son xəbərlər

 


Rusiyanın prezidenti Vladimir Putin Avropa İttifaqı (Aİ) ilə aktual siyasi, iqtisadi və sosial məsələlərdə konstruktiv dialoq qurmağa hazır olduqlarını açıqlayıb.

 

 

Deyerler.org RİAN-a istinadən xəbər verir ki, Kremldən verilən yazılı açıqlamaya görə, Putin Avropa Komissiyasının sədri vəzifəsinə gəlməsi səbəbindən Almaniyanın müdafiə naziri Ursula von der Leyenə təbrik məktubu göndərib.

 

Leyenin Aİ ilə Rusiya arasında bərabər və qarşılıqlı tərəfdaşlığın təmin olunmasına xidmət edəcəyinə inandığını bildirən Putin, Rusiyanın Aİ ilə aktual siyasi, iqtisadi və sosial məsələlərdə konstruktiv dialoqa hazır olduğunu vurğulayıb.

 

16 iyulda Avropa Parlamenti (AP) Avropa Komissiyasının sədrliyinə Almaniyanın müdafiə naziri Ursula von der Leyenin təyin olunmasını qəbul etmişdi.