Son xəbərlər

 


Zimbabvenin keçmiş prezidenti Robert Muqabe ölkənin hakim Zimbabve Afrika milli birliyi – “Vətənpərvər” cəbhəsi tərəfindən milli qəhrəman adına layiq görülüb.

 

Bu barədə Zimbabvenin Prezidenti Emerson Mnanqaqva bəyan edib. Onun sözlərinə görə, Muqabe Afrikanın müstəmləkə zülmündən azad edən mübarizlər nəslinin nümayəndəsidir və nəcib Zimbabve xalqı və digər Afrika xalqları bunu heç vaxt unutmayacaqlar. Ölkə başçısı həmçinin Robert Muqabenin dəfninə qədər matəm günlərinin davam edəcəyini diqqətə çatdırıb.

AzərTAc xatırladır ki, 95 yaşlı Robert Muqabe uzunmüddətli xəstəlikdən sonra dünən Sinqapurda dünyasını dəyişib. Hazırda ölkə rəhbərliyi Sinqapurla mərhumun cənazəsinin vətənə qaytarılması barədə danışıqlar aparır.