Son xəbərlər

 


ABŞ qırıcıları İraqda, İŞİD terrorçularının nəzarətində olan əraziyə havadan güclü zərbələr endirib və bunu videoya çəkib.

 

Virtualaz.org xəbər verir ki, kadrlar “Sarsılmaz qətiyyət” əməliyyatının (ABŞ-ın başçılıq etdiyi koalisiyanın 2014-cü ildə İŞİD-ə qarşı başlatdığı əməliyyat) Twitter səhifəsində yerləşdirilib.

“ABŞ Hərbi Hava Qüvvələrinin F-15 və F-35 qırıcılarının İŞİD-çilərlə dolu adaya 36 ton bomba atması bax belə görünür”,-videoya əlavə edilmiş qeyddə deyilir.

 

Zərbələr İraqın Salah-əd-Din bölgəsində, Dəclə çayı sahillərində sentyabrın 10-da endirilib. Əməliyyat İraq qüvvələri ilə koordinasiya edilib.

“Rossiyskaya qazeta” görüntüləri əsl alov qasırğası adlandırır. Nəşr qeyd edir ki, hədəfləri MQ-9 Reaper pilotsuz zərbə-kəşfiyyat təyyarəsi müəyyən edib və əməliyyatın gedişini izləyib. İŞİD yaraqlılarının çoxsaylı itkilər verdiyi bildirilir.