Son xəbərlər

 


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın çağırışlarına baxmayaraq, ölkənin Suriyadakı əməliyyatını dayandırmayacağını bəyan edib.

 

Bu barədə oktyabrın 11-də yerli NTV kanalı məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə kürdlərlə deyil, terror təşkilatları ilə mübarizə aparır.

Prezident, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampı kürd qüvvələrinə hərbi dəstəyi dayandırmağa çağırıb, lakin ABŞ tərəfi buna əhəmiyyət verməyib. O, Türkiyənin geri çəkilmək fikrində olmadığını vurğulayıb.

“Bu əməliyyatı dayandırmaq üçün həm sağdan, həm də soldan təhdidlər alırıq. Fərat çayının qərbini və şərqini terror təşkilatlarından təmizləyərək sərhədlərimizin təhlükəsizliyini və suriyalı qaçqınların evlərinə qayıtmalarını təmin edəcəyik",-deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" adlı hərbi əməliyyatlara başlayıb.