Son xəbərlər

 


Macarıstanın “MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində səhmlərin 9,57 faizinin və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin 8,9 faizinin alınması ilə bağlı “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline Ltd” şirkətləri ilə saziş imzalayıb.

 

Trend bu barədə Macarıstan şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, sazişin ümumi məbləği 1,57 milyard dollara bərabərdir. Bu əməliyyat başa çatdıqdan sonra MOL “Azəri-Çıraq-Günəşli” layihəsində üçüncü ən iri tərəfdaş olacaq.

Sazişin 2020-ci ilin ikinci rübündə qüvvəyə minəcəyi gözlənilir.