Son xəbərlər

 


Şənbə günü, dekabrın 28-də, saat 11.00-da  AMEA Rəyasət Heyətində akademiyanın  ümumi yığıncağı keçiriləcək. Bu barədə AMEA-nın saytında elan yerləşdirilib.

 

Yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri haqqında məsələlər daxil edilib.

Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı. 

Bu il oktyabrın 23-də AMEA-nın rəhbəri dəyişib. Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib. Mehdiyev bu vəzifəyə seçiləndən sonra AMEA-da bir sıra islahatlar həyata keçirilib.