Son xəbərlər

 


Azərbaycanın bank tarixində ən irimiqyaslı fırıldaqlardan birini həyata keçirmiş və on milyonlarla dolları mənimsəmiş Emin Zeynalov saxlanıldığı istintaq təcridxanasında fəal bloqqerlik fəaliyyətini davam etdirir.

O az qala hər həftə Facebook-da statuslar paylaşırdı. İndi isə Тwitter-ə üstünlük verir.

“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun təcridxanada smartfondan necə istifadə etdiyi qaranlıq qalır. Çünki qanunlara görə ona internetdən, telefondan istifadə etmək qadağandır. Xüsusən də Emin Zeynalov kimi irimiqyaslı bank fırıldağı həyata keçirmiş birinin əlində smarfon daha təhlükəlidir-o, şahidlərə təsir göstərə, məhkəmə istintaqını əngəlləyə bilər.

Doğrudur, Emin Zeynalovun sosial şəbəkə akkauntlarını şəxsən idarə etdiyinə dair birbaşa sübut yoxdur, iddia oluna bilər ki, həmin hesabları onun adından vəkili idarə edir. Lakin burada da qanun pozuntusu var. Emin Zeynalov hər gün sosial şəbəkələr üzərindən bankın keçmiş əməkdaşlarını və onun əməllərindən zərər çəkənləri şantaj edir.

Bundan əvvəl Zeynalov “Günay Bank”ın rəhbərinə məktub göndərərək bağışlanmasını xahiş etmişdi. Görünür cavab almayanda şantaja əl atmağa başlayıb. Belə ki, istintaq zamanı 19 zərərçəkəndən heç birinin banka yatırdığı iri məbləğdə pullara görə heç bir sənəd almadıqları üzə çıxmışdı. Görünür Emin Zeynalov bu işi təkbaşına etmədiyini və bank rəhbərinin də fırıldaqdan xəbəri olduğunu çatdırmaq istəyir.(Virtualaz.org)