Son xəbərlər

 


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı ümidləndirici açıqlama verib...

 

Sondakika.com-un məlumatına görə, ÜST-ün baş direktoru Tedros Adanom Gebreisus koronavirusun nəzarət edilməsi mümkün olan qlobal infeksiya olduğunu deyib.

O, Cenevrədə diplomatlara verdiyi açıqlamada “əgər ölkələr virusla mübarizə üçün tədbir görərlərsə, COVID-19-a nəzarət etmək mümkündür” deyib.

Gebreisus bəzi ölkələrin zəruri tədbirlər görməməsindən narahatlıq yarandığını qeyd edib.(oxu.az)