Son xəbərlər

 


“Bu gün koronavirusu müalicə edən dərman yoxdur”...

 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, buna görə də maska və sosial məsafə ilə bağlı tələblərə riayət edilməlidir: “Maska taxılması artıq yeni həyat tərzimiz olmalıdır. Bu, insanların özünü qoruması üçün vacibdir. Hər bir insan həkimlərə, hansısa dövlət strukturuna görə yox, özünü, yaxınlarını qorumağa görə maskadan istifadə etməlidir. Yaxın aylarda, bəlkə də illərlə bizim maskasız həyatımız olmayacaq”.