Son xəbərlər

 

“Sozazadligi.org” onlayn qəzetinin redaksiyasına Sabunçu rayonun Bakıxanov qəsəbəsində, Sülh küçəsi ünvanında yerləşən bir sıra ticarət və iaşə obyeklərin faliyyətinə BNA tərəfindən bilərəkdən sünii maneələr yaradılması barədə məlumat daxil olmuşdur.

 

Daxil olan məlumatı KİV haqqında qanunun və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq araşdırmaq məqsədilə qeyd edilən ünvanda olduq.

Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 1-ci mərətəbəsinin yola baxan tərəfi binaboyu ticarət, ictimai-iaşə obyektləridir.

Möhtərəm Prezidentimiz öz çıxışlarında bildirir: -“sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bu sahədə bir sıra problemlər hələ də tam aradan qaldırılmamışdır. Bu gün sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, onların işinə maneçilik törədilir. Bu da onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir”.

Bu təqdim etdiyimiz şəkillərə diqqətlə baxsanız BNA-nin qərəzli mövqeyini asanlıqla görə bilərsiniz.

Şəkil 1-dən göründüyü kimi səhiyyə müəssisəsinin qarşısında “parkur” qurulub. Təqdirə layiqdir.

 

 

(şəkil 1)

Şəkildən o da asanlıqla görülür ki, səhiyyə ocağından sonra mübahisə obyektləri başlayır.

 

(şəkil 2)

Şəkil 2-dən isə asanlıqla görmək olur ki, mübahisə obyektlərinin qarşısında da “parkur” yaratmaq olardı. Niyə yaradılmayıb sualını cavablandırmaq isə BNA-nin üzərinə düşür.

Bu şəkillərə baxanda isə az da olsa “pişiyin quyruğu” görünməyə başlayır. Belə ki, redaksiyamıza müraciət etmiş sahibkarların obyektlərindən çox da olmayan məsafədən sonra (şəkil 1-1)-də görünən əla təmirli bu obyekt fəaliyyət göstərir.

(şəkil 1-1)-dən də asanlıqla görmək olar ki, həmin obyektin qarşısında “parkur” qurulub. BNA-nin sahibkarlara ikili münasibət göstərməsi isə qərəzli münasibətdən xəbər verir.

Hörmətli oxucularımız yenə də qayıdaq şəkil 1-ə. Belə ki, şəkildən göründüyü kimi BNA binanın baş tərəfindən sahibkarlıq obyektlərinin qarşısına gələn yolun girişinə də “tank əleyhinə” dirəklər basdırmışdılar. Səbəb isə lokanikdir: - “sakinlər şikayət edirlər”. Çox gülüncdür...

Redaksiyamıza daxil olmuş bu məlumatı araşdırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimliyə may ayının əvvəlində sorğu məktubu ilə müraciət etsək də hələ də cavab ala bilməmişik.

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2005-ci il tarizli 1024-IIQ saylı Fərmanı ilə təsdiq edilmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə - İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

Bu yerdə Vüsal müəllimin nəzərinə, ona etimad göstərib Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin etmiş Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən təsdiq olunmuş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.3-cü bəndini çatdırmaq istərdik: - Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir...

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

 Sozazadligi.org