Son xəbərlər

 

Türkiyə nüvə silahı əldə etmək istəmir.

 

Virtualaz.org KİV-lərinə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Bəzilərinin nüvə başlıqlı raketləri var, amma məndə onlar olmasın. Mən bunu qəbul etmirəm”, -deyə Ərdoğan bildirib.

 

T.Ərdoğan qeyd edib ki, Türkiyə maliyyə baxımından uğurlu bir ölkədir:

 

"Bu uğur iqtisadiyyat baxımından bizi daha güclü edir. Türkiyənin 2020-ci il üçün məqsədi iqtisadi artım tempinin 5 faizə çatdırılmasıdır”.