Son xəbərlər


Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb.

Hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, qəzada ölən olmayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan beşi kişi, ikisi qadın olmaqla, yeddi nəfərə isə 3 saylı Şəhər Xəstəxanasında ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Sozazadligi.org



Sabunçu Rayon Məhkəməsində Gəncə şəhərinin icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ardını oxu...



Badamdarda sürüşmə olub...

"Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

Ardını oxu...