Son xəbərlər

 


Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri - Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. Təqsirləndirilən Mehdi Abdullayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Bu işdə adı keçən və rüşvət aldığı iddia edilən Teymur Aslanovu tanımadığını deyib: "Bir dəfə istintaqda görmüşəm. Heç vaxt ondan rüşvət almamışam, görüşməmişəm. O da digər vətəndaşlar kimi nazirliyə müraciət edib, müraciəti də aidiyyəti üzrə baxılıb".

İttihama görə, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması faktları olub. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovdan 10 min manat rüşvət aldığı bildirilir. M.Abdullayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.(Virtualaz.org)