Son xəbərlər

 


BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub...

 

Bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar restoranların birindən qaldıqları yataqxanaya “suşi” sifariş veriblər: “Tələbələr “suşi”ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə hadisəsi baş verib. 3 tələbə qızdan biri – 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dirrubə Quliyeva xəstəxanaya yerləşdirilib.