Son xəbərlər

 


Tovuzda 10 yaşlı Nərminin qatilinin əslində hazırda bu iş üzrə həbsdə olan İlkin Süleymanov deyil, həmin kəndin digər sakini olduğu haqda YouTube-də yayılan səs yazısı əslində Almaniyaya qaçmış rayon sakini, internet üzərindən söyüşlər yağdıran Qabil Məmmədov adlı şəxsə məxsudur.

Bu şəxs Tovuz rayonundan ona göndərildiyi iddia edilən məktubu oxuyur, danışdıqlarının da həmin məktubda göstərildiyini deyir. Naməlum şəxs məktubda ona qızcığazın əsl qatilinin kim olması barədə təfərrüatları ilə bəhs edir.

 

***

Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin noyabrında oğurlanmış və iki ay sonra-yanvarın 6-da yandırılmış halda meyiti tapılmış 10 yaşlı Nərminin əsl qatilinin kimliyi açıqlanıb.

Virtualaz.org xəbər verir ki, naməlum şəxs ima.tv adlı YouTube kanalında dünən sensasion səs yazısını yayaraq kənd sakini, bu dəhşətli qətldə ittiham edilərək tutulan İlkin Süleymanovun əslində günahsız olduğunu, azyaşlını digər kənd sakini Ələkbərov Altay Famil oğlunun oğurladığını və qətlə yetirdiyini bildirib.

“Mən Nərmin qızımızdan, Allah ona rəhmət eləsin, nə danışıramsa axıra qədər dinləyin. Qardaş, Nərmin qızımızı öldürən elə onun öz kəndçisidir, Famil müəllimin oğlu Altaydır. “07” markalı maşın sürür, nömrəsi də 069-dur. Demək onun qardaşı da, yeznəsi də polisdir. Çox adam bunu bilir, Nərmini onun öldürdüyünü, amma qorxusundan demir. O yazıq xəstə İlkini günahsız yerə həbs etdilər. Özü də ölən Nərminin qonşusudur. Ələkbərov Altay Famil oğludur, Dondarda, 069 nömrəli “07” da sürür. O Nərmini bədbəxt edib, kənddə çox adam bunu bilir, amma qorxusundan səsini heç çıxarmır. Heç kim ona bata bilmir. Dondarda riyaziyyat müəllimi var, Famil, onun oğludur, balaca qardaşı da polisdir. Qardaş, bu Altay çox oğraş adamdır, öz qardaşının arvadını zorladı. Çox manyak adamdı. Görün nə gündəyik ki, bir qızın qatilini kəndin səksən faizi bilir, amma qorxusundan səsini çıxarmır. Kənd bezib onun əlindən. Neçə nəfəri haqsız yerə döydürüb. Çox opasnı adamdır.  Üstündə tapança gəzdirir, dalaşanda tapança çıxarır. Hamı ondan çəkinir, bilir ki, arxası möhkəmdir, prokurorla dostluq eləyir, prokurora arxayındır. Həmin vaxt uşaq ondan qaçmaq istəyib, bunu da iki uşaq görüb, prokurorun adamıdı deyə qorxub səsini çıxarmayıb. İlkinin və əmisi oğlu polisin boynuna qoydular. İlkini tutdular, əmisi oğlu polisdən işdən çıxarıldı. Barəsində istintaq gedir. İstəyirlər onu da tutalar. Hamısını eləyən bu Altaydır, milləti bədbəxt eləyən. Bu uşağı qaçırmağını, yandırmağını...yandırmağını görüb iki nəfər kənd sakini-Ələkbərov Asif Əkbər oğlu və Rzayev Vüsal Fərman oğlu. Bu iki hal şahidi kənddə danışıb uşağı Altayın öldürdüyünü...Və evindən Altayın sübut da tapılıb, amma bunu ört-basdır ediblər. Altayın padvalından uşağın qanı tapılıb. Gecəynən arabaya qoyub yandırdığı yerə tullayıb, arabada da qan izi tapılıb. Qızımız Nərminin hər ikisi qonşusudur-İlkin də, Altay da. Amma bir-biri ilə düşmənçilikləri var. Meyiti tullayanda həmin Asif görüb. Asfi necə qorxutdularsa kiridi, səsini kəsdi. Nərminin əmisi oğlu da bildi, qorxusundan səsini çıxarmadı. Yeznəsi (Altayın) mayordu axı, qardaşı da polisdi...Nərminin əmisi də ifadə verib ki, Altaydan şübhələnirlər. Deməli Nərminin əmisini çağırıb susdurdular, bunnan da Altayın söhbəti bağlandı. Kəndin qırağında, böyük arxın qırağında boş evi var, biyabanlıqda, qızı orada saxlayıb. O evdə çox qızların bakirəliyini pozub. Deməli Nərmin onun evinin yanından keçib nənəsigilə gedirmiş, nənəsi böyüdüb onu...Aldadıb içəri salıb. Eynən özləri elədiyi prosesi, mayor var orada, İlkin boynuna atıbdı...”

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a açıqlama verib. O bildirib: “Qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.

Əməkdaşımız bu dəhşətli səs yazısı ilə bağlı Tovuz rayon prokuroru Elçin Qəhrəmanova da zəng vurub. Ona səs yazısında “manyak, qatil Altayın dostu” kimi prokurorun adının hallanması haqda sual verib. Prokuror “mən heç bir açıqlama vermirəm, Baş prokurorluqla əlaqə saxlayın” deyib və dəstəyi asıb.