Son xəbərlər

 


Paytaxtda canavar yerli sakini dişləyib.

 

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.