Son xəbərlər

 


Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda baş verən yanğınla bağlı açıqlama yayıb.

 

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, yanğın Qobu qəsəbəsində məişət tullantıları olan ərazidə qeydə alınıb.

O qeyd edib ki, təkər qalıqlarından yanğın baş verib və nazirliyin yanğınsöpndürən maşınlarının köməyi ilə yanğın söndürülüb.

*   *   *10:24

Abşeronda güclü yanğın hadisəsi olub.

Hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir.

Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir. (report)