Son xəbərlər

 

Moskvanın Basman məhkəməsi Dərbənd rayonunun azərbaycanlı icra başçısı Məhəmməd Cəlilovun həbsinə sanksiya verib.

 

RİA Novosti xəbər verir ki, M.Cəlilov iyunun 9-na qədər nəzarət altında saxlanılacaq.

Məlumata görə, icra başçısı pul yeyintisi ilə bağlı 3 fakt üzrə şübhəli bilinir.

İstintaq məlumatlarına əsasən, M.Cəlilov 2015-ci ildə vəzifəsindən sui-istifadə edərək “Qafqaz” federal magistralı ətrafında ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini öz qohumlarına pulsuz verib.Torpağ sahəsi ümumilikdə 20 milyon rubl dəyərində qiymətləndirilir.

M.Cəlilovun yaşadığı ünvanda və Dərbənd administrasiyasında yoxlamalar keçirilib.

Virtualaz.org xatırladır ki, M.Cəlilov ötən ilin martında da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahələrinin qanunsuz mənimsənilməsi ittihamı ilə həbs olunmuşdu. Ancaq 8 ay ev dustağı olan icra başçısının əməllərində cinayət tərkibi tapılmadığından, ittihamlar aradan götürülmüş və o, yenidən vəzifəsinə qayıtmışdı.