Son xəbərlər

 


İstanbulun hava limanında ABŞ-dan Türkiyəyə gələn Liviya vətəndaşının çantasından 80 ədəd silah və xeyli sayda silah hissələri aşkarlanaraq götürülüb.

 

AzərTAc xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs və onun üzərindən götürülənlər aidiyyəti qurumlara təhvil verilib.

Türkiyəyə qanunsuz yollarla gətirilən silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə ölkənin polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.