Son xəbərlər

 


Dünən axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib...

 Şirkətin baş direktoru Balakişi Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

İTV-nin rəhbəri verdiyi açıqlamada göstərdikləri operativliyə görə müvafiq qurumlara təşəkkürünü də bildirib.

İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.

pia.az