Son xəbərlər

 


Bakıda 2021-ci ildə fəaliyyətə veriləcək yeddi ulduzlu 28 mərtəbəli “La Luna” otelinin qüllələri arasında 120 metr yüksəklikdə 2100 ton ağırlığında polad körpü quraşdırılır.

 

Bu barədə Britaniya mediası yazıb.

Mənbə bildirir ki, körpünün inşasını Britaniya şirkəti “Heavy Lift ALE” həyata keçirir.

Bakıda yeni “Crescent Bay” kompleksinin bir hissəsi olan “La Luna” aypara şəklində dizayn edilib və 125 min kvadratmetr sahəni əhatə edir. “Heavy Lift ALE” şirkəti əyri polad körpü quraşdırmaq üçün xüsusi metodikadan istifadə etdiklərini qeyd edib.

Körpü yerdə inşa edilərək, sonradan xüsusi hazırlanmış qovşaqlarla hündürlüyə qaldırılıb.

Şirkət bu körpünün bənzər metoddan istifadə edərək yüksəkliyə qaldırılmasının ən ağır olduğunu və bu layihədə daha iki sifarişin tamamlayacağını vurğulayıb.