Son xəbərlər

 


Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib.

 

 

BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda paytaxtın bəzi yerlərində güclü külək müşahidə olunur:

 

“Külək bəzi yerlərdə 5-6 ağacı kökündən qopararaq yaşıllığa ziyan vurub. Odur ki, paytaxt sakinlərindən xahiş olunur ki, nəqliyyat vasitələrini hündürgövdəli ağacların altında park etməsinlər. Hətta özləri keçərkən diqqətli olsunlar, çünki küləyin sürəti normadan artıq olduğu üçün hər an sağlam ağacları belə aşıra bilər”.