Son xəbərlər

 


Azərbaycandakı ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır.

 

Bunu Trend-ə amerikalı ekspert Piter Teys İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, bu təşəbbüs Azərbaycan hökumətinin strateji baxışını reallaşdıran alicənab addımdır: “Bu təşəbbüs BMT-nin ətraf mühit sahəsindəki hədəflərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına Azərbaycan hökumətinin verdiyi unikal töhfədir. Azərbaycan meşə bərpası kampaniyası üzrə adambaşı verilən töhfəyə və ətraf mühitin mühafizəsi siyasətinə görə Avropa və Asiya ölkələri arasında mühüm yer tutur”.