Son xəbərlər

 


Helmholtz Münhen Mərkəzinin alimləri, tarixdə ilk dəfə insan orqanlarını şəffaflaşdırmağı bacardı. Araşdırmaçılar, bu sayədə bir orqanın hüceyrəvi strukturunu ortaya çıxara bildi.

 

Elm dünyasına çox böyük bir qatqı təmin edəcək bu yeni texnika, orqanların hüceyrəvi quruluşuna qədər hər şeyi ortaya çıxara bilir.

Əslində bu hadisə, elm insanlarının ilk dəfə bir orqanı şəffaf hala gətirmələri deyil. Araşdırmaçılar, daha əvvəl siçanların orqanlarını şəffaflaşdırmağı bacarmışdılar, ancaq orada istifadə edilən texnika insanlar üçün etibarlı deyildi.

Alimlər, orqanları şəffaf hala gətirmək üçün yeni kimyəvi maddələr istifadə etdi və alqoritmlər yaratdı.

Araşdırmalarına davam edən elm insanları, nəhayət CHAPS adı verilən bir kimyəvi maddə tapdı. Bu məhlul, orqanlarda çox kiçik diametrli dəliklər açaraq onları şəffaflaşdıracaq məhlulun orqana girməsini təmin edirdi.