Son xəbərlər

 


Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

 

Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, dərslər mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək.

Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 müəyyən edilib. Belə ki, imtahanlar 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronovirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martnın 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.