Son xəbərlər

 

2020-ci il üçün hər kəsin qəlbində öz arzuları olduğu kimi,bizimdə öz arzularımız var idi.

Ən gözəl bayramlarımızdan biri olan, Novruz və Ramazan bayramında virusla mübarizə aparacağımızdan xəbərsiz olduğumuzu belə anlamırdıq. Belə hadisələr ağlımızın ucundan belə keçməzdi.2019-cu il dekabr ayında Çinin Uhan şəhərində bir balıqçı qadında belə bir virusun dünyanı cənginə alacağından bixəbər idik.  Məlum olduğu kimi, dünya hal-hazırda “COVID-19” adlı virusdan əziyyət çəkir. Azərbaycanda da bu hal fevralın 28-dən qeydə alınmışdır.Ölkəmiz bu virusa görə təhlükədədir.Statistikaya görə,ölkəmizdə 26636 ümumi yoluxma halı mövcuddur.Onlardan 341-i dünyasını dəyişib.Aktiv xəstə sayı isə 8490-dır.Xalqımızın bu çətin günlərində onlarla insanın dərdinə dərman olmaq üçün həkimlərimizin necə çalışdığının şahidi oldum. Biz böyük ailəyik. Ailədə əmimin,qardaşımın və əmim qızının vəziyyətinin ağır olduğunu görüb Qaraçuxur qəsəbə Poliklinikasına müraciət etdik. Müraciətimizi nəzərə alan tibb işçiləri təcili bizə köməyə gəldilər. Götürülən yaxmadan sonra iki sutka ərzində məlum oldu ki, əmim, qardaşım və əmim qızında korona virus mövcuddur. Poliklinikamızın həkimləri gün aşırı bizimlə maraqlandığı üçün məndə həkimlərimizə qarşı gözəl təəsürat yarandı. Virusa yoluxmuş şəxslərlə işləyən tibb işçiləri istər-istəməz xəstələnməli olurlar. Həkim viruslu xəstələrlə nə qədər işləyirsə, bir o qədər virusa yoluxma riski artır. Amma tibb işçiləri öz həyatlarını heçə sayaraq hər kəsə kömək edir və əllərindən gələn dəstəyi əsirgəmirlər. Hətta onlar bəzən günlərcə öz evlərinə,ailələrinin yanına belə gedə bilmirlər. Bildiyimiz kimi,qarşıdan müqəddəs bayramımız olan Qurban bayramı yaxınlaşır.Mən ümid varam ki,qısa bir müddət ərzində dünyadakı bu qara buludlar çəkilər və tibb işçilərimizdə bu bayramı evdə,ailələri ilə birgə qeyd edə bilərlər.

P.S. Bu korona virusla mübarizədə həkimlərimizə ailəmiz adından təşəkkür edirəm.Xalqımıza, vətəndaşlarımıza virusla bağlı ayıq-sayıq olmalarını tövsiyə edirəm.”EVDƏ QAL” kompaniyasına əməl edək.

Sozazadligi.org

Aygül Əli qızı