Son xəbərlər

 

Ukraynada müsəlman xanımlara şəxsiyyət vəsiqəsi və pasport sənədlərinə fotoşəkillərini hicablı şəkildə çəkməyə qadağa aradan qaldırıldı.

 

 

Deyerler.org Alif TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 17 iyul 2019-cu il tarixli müvafiq qərarı hökumət portalında yayımlanıb.

 

Dəyişikliklərin məqsədi Ukrayna qanunvericiliyini beynəlxalq səviyyəyə uyğunlaşdırmaqdır. Qərar bu ilin oktyabr ayından qüvvəyə minəcək.