Son xəbərlər

 


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

 

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov jurnalistlərə bildirib ki, yaxın bir necə saat ərzində Bakıda və Abşeron yarımadasında şimal küləyinin sürətinin 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyəyədək güclənəcəyi gözlənilir. Belə güclü külək, eyni zamanda hazırda yarpaqla yüklü olan ağacların aşma ehtimalını artırır: "Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".